Xırdalan küçələrində ?Alızanov PKK? plakatları asılmız sahibsiz itlər peyda olub

img

01-11-2010 [08:44]


Dünən Abşeron rayonunun 45-ci seçki dairəsinə daxil olan Xırdalan qəsəbəsinin bəzi küçələrində və Mehdiabad kəndinin mərkəzində boynundan kiçik ölçüdə ?Alışanov PKK? plakatları asılmış sahibsiz itlər peyda olub. Bu barədə MİA-nın elektron ünvanına məlumat daxil olub. Məlumuta görə, elə həmin vaxtda adı çəkilən ərazilərdəki bir çox təşviqat lövhələrinə eyni məzmunlu foto-şəkillər yapışdırılmışdır. AZTV sədri A.Alışanovun 45-ci dairədən deputatlıqa namizədliyinə etiraz əlaməti olan bu qeyri-adi ?təşviqat üsulu? çoxlarının diqqətini cəlb edib. Hadisədən xəbər tutan A.Alışanov formal olaraq məzuniyyətə çıxdığı AzTV-də ən yaxın adamlarının iştirakilə gizli toplantı keçirmiş, maşını olan bir neçə əməkdaşı səfərbər edərək həmin plakatları yığışdırmaq və itləri zərərsizləşdirmək üçün hadisə yerinə göndərmişdir. Indi AzTV-nin həmin əməkdaşları Xırdalanda və Mehdiabadda, sözün həqiqi mənasında, it qovurlar. Əlaqə saxladığımız 45-ci seçki dairəsindən A.Alışanovun bu faktla bağlı komissiyaya şikayət etmədiyini bildirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA