Noyabrda 5 gün iz olmayacaq

img

01-11-2010 [03:40]


Bu ay Azərbaycanda 5 gün qeyri-iş günüdür. Nazirlər Kabinetindən verilən məlumata görə, Əmək Məcəlləsinə əsasən, noyabrın 9-u Dövlət Bayrağı Günü qeyri-iş günüdür. Bu gün Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə bayram kimi qeyd olunacaq. Xatırladaq ki, 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Bu əlavəyə əsasən, 9 noyabr ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil olunub. Nazirlər Kabinetinin qərarı ilə Qurban Bayramı münasibətilə noyabrın 14, 15, 16 və 17-də də Azərbaycanda qeyri-iş günüdür. Xatırladaq ki, noyabrın 12-si Konstitusiya Günü və 17 noyabr tarixi Milli Dirçəliş Günü kimi qeyd olunur. Əvvəllər qeyri-iş günü sayılan bu bayramlar son 2 ildə qeyd olunmalarına baxmayaraq, qeyri-iş günləri sayılan bayramlar siyahısından çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA