Prezident Kür dazqınlarından ziyan çəkənlər üçün qəsəbənin açılızına qatılıb

img

01-11-2010 [02:08]


Bu ilin aprel-may aylarında Kür və Araz çaylarıının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Salyan rayonu ərazisində evləri dağılan vətəndaşlar üçün yeni qəsəbə tikilib. Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəsəbənin açılışında iştirak edib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verdi ki, yeni qəsəbədə 68 ailə üçün iki, üç və dördotaqlı fərdi evlər inşa olunub. Dövlətimizin başçısı qəsəbənin yerləşmə planına və tikintidə istifadə olunmuş materialların nümunələrinə baxdı. Evlərdə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev qəsəbə sakinlərini təbrik etdi. Müəllim Safurə Rzayeva qəsəbə sakinləri adından dövlətimizin başçısına diqqət və qayğıya görə minnətdarlıq etdi. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad rayonunun mərkəzində ucaldılan abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Dövlətimizin başçısına rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib. Azərbaycan prezidenti noyabrın 1-də Sabirabadın Mürsəlli kəndində Yusif Qasımov adına orta məktəbin əsaslı şəkildə təmir olunmuş binasının açılışında iştirak edib. Məlumat verilib ki, 320 şagird yeri olan məktəbin ikimərtəbəli binasında uşaqların təhsil alması üçün hər cür şərait yaradılıb. Dövlət başçısı yaradılmış şəraitlə tanış olub. Daşqınlar zamanı ziyan dəymiş ərazilərdə aparılan tikinti və yenidənqurma işlərinə dair təqdimat olub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sabirabad rayonunda görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Sonra dövlət başçısı kənd sakinləri ilə görüşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA