Bakıda yağızlı hava davam edəcək

img

01-11-2010 [11:52]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı gözlənilir. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 11-13?, axşam 10?-yə yaxın olacaq. Noyabrın 2-də dəyişkən buludlu, arabir tutqun hava olacaq. Gecə və səhər bəzi yerlərdə çiskinli az yağış yağacağı gözlənilir. Şimal, şimal-şərq küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10?, gündüz 12-14? təşkil edəcək. Noyabrın 3-də hava əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-10?, gündüz 13-15? olacaq. Noyabrın 4-də gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Cənub-qərb, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-11?, gündüz 14-17? təşkil edəcək. Azərbaycanın qərb rayonlarında sabah əsasən yağmursuz, səhər duman, şərq rayonlarında arabir yağıntılı keçəcəyi, ayın 1-dən 2-nə keçən gecə Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9?, gündüz 15-18?, dağlarda gecə 2? şaxtadan 3?-dək isti, gündüz 5-9? olacaq. Noyabrın 3-4-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10?, gündüz 16-21?, dağlarda gecə 0-3?, gündüz 6-11? olacaq. Yaxın 3 gün ərzində Abşeron yarımadasında hava şəraitinin tədricən mülayimləşməsi əksər meteohəssas insanlar üçün əlverişli olsa da, noyabrın 4-də atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA