Deputatlığa namizəd Vahid Məhərrəmov seçiciləri ilə görüzdü

img

01-11-2010 [11:09]


Oktyabr ayının 31-də Lökbatan qəsəbəsində 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizəd Məhərrəmov Vahid Əyyub oğlunun seçicilərlə görüşü keçirilib. Görüşə gələn 200-ə yaxın seçicilərin yarısı yerli icra və bələdiyyə orqanlarının nümayəndələri tərəfindən görüş yerindən üzaqlaşdırılıb. ?Zaur? şadlıq evində keçən görüşdə Vahid Məhərrəmov özü barəsində geniş məlumat verməklə yanaşı, həm də öz platformasını açıqlayıb. Xüsusi təşkil olunmuş 12 saylı dairəyə aidiyyatı olmayan bir qrup təxribatçı (Ağdam rayon sakinləri) adamların görüşü pozmaq cəhdinin deputatlığa namizəd çox qısa bir müddətdə qarşısını alıb. Seçicilərin suallarını cavablandıraraq Vahid Məhərrəmov sosial, iqtisadi, məişət, işsizlik, rüşvətxorluq, korrupsiya kimi bəlalı problemlərdən söhbət açıb və həmin problemlərin konkret olaraq həlli istiqamətində görüləcək işlərdən danışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA