TQDK III və IV qruplar üzrə qəbul imtahanlarında istifadə ediləcək riyaziyyat fənninin qəbul proqramı təsdiqləyib

img

30-10-2010 [03:52]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2011-ci ildə ali məktəblərə III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanları üçün riyaziyyat fənnindən qəbul proqramının müzakirəsi keçirilib. Komissiyadan verilən məlumata görə, iclasda müzakirələr nəticəsində qəbul proqramında müəyyən dəqiqləşmələr və redaktə xarakterli düzəlişlər edilib. Seminarda söylənilmiş təkliflər nəzərə alınmaqla, 2011-ci ildə ali məktəblərə III və IV ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanları üçün riyaziyyat fənnindən qəbul proqramı qəbul edilib. Qəbul proqramının tam mətni ?Abituriyent? jurnalının birinci sayında dərc ediləcək. Növbəti seminar iclasında 2010-cu ildə ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının (A və C variantları) statistik göstəricilər əsasında elmi-metodiki baxımdan müzakirəsi aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA