ilham Əliyev Abdullah Güllə telefonla danızıb

img

29-10-2010 [04:53]


Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng edib. Dövlət başçısı Abdullah Gülü ad günü və eləcə də Türkiyənin milli bayramı ? Respublika Günü münasibətilə təbrik etmiş, ona cansağlığı, fəaliyyətində uğurlar, Türkiyə xalqına firavanlıq və əmin-amanlıq arzulamışdır. Türkiyə Prezidenti təbriklərə və göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş, xalqımıza ən xoş arzularını çatdırıb. Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA