Atəzkəs pozuldu, bir əsgərimiz zəhid oldu, biri yaralandı

img

29-10-2010 [04:30]


Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə cəbhənin Goranboy rayonu istiqamətində baş verib. Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 1991-ci il təvəllüdlü Rəsul Hacızadə ayağından yaralanıb. Yaralı hospitala yerləşdirilib, vəziyyəti kafidir. Rəsul Hacızadə 2009-cu ilin oktyabrında Ağsu rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Qazaxın Məzəm kəndi istiqamətində açdığı atəş nəticəsində Azərbaycan Ordusunun bir əsgəri Salyan Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 19 yaşlı Salyan rayon Babazanlı kənd sakini Elman Telman oğlu Mustafayev şəhid olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA