Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə noyabrın 2-dən yola düzəcək

img

29-10-2010 [03:55]


Azərbaycana Həcc ziyarəti üçün ayrılmış kvota tam dolub. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, zəvvarlar gələn həftədən başlayaraq müqəddəs ziyarət üçün yola düşəcəklər. Noyabrın 2-də və 3-də avtobusdan ibarət iki karvan Azadlıq meydanından yola çıxacaq. Ümumilikdə karvanlarda 46 avtobus olacaq. Təyyarə ilə gedənlər isə noyabrın 2,3,4 və 5-də yola düşəcəklər. Səfər hər gün bir reyslə həyata keçiriləcək. 2000 zəvvardan 1200 nəfərinin avtobus, 800 nəfərinin isə təyyarə ilə Həccə gedəcəyini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA