532 kq yararsız ərzaq məhsulları azkarlanıb

img

28-10-2010 [05:15]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən MİA-ya verilən məlumata görə, monitorinq zamanı Bakının Binəqədi rayonunda Biləcəri qəsəbəsində R.İsmayılov küçəsi, ev 6C ünvanında yerləşən ?Sənan market?də, N.Həşimi küçəsindəki ?Samir market?də və Zöhrab Həsənova məxsus mağazada, Q.Süleymanov küçəsində yerləşən ?Sara market?də, Nəcibə Mahmudovaya və Gilas Məmmədovaya məxsus mağazalarda, Yasamal rayonunda Z.Əhmədbəyov küçəsi, 30 ünvanında yerləşən ?Banu market?də, N.Nərimanov prospekti, ev 70 ünvanındakı ?Çempion market?də, Ə.Ələkbərov küçəsi,13 B ünvanında yerləşən ?Toto market?də, Şərifzadə prospekti, 190 ünvanında Rövşən Rəhimova məxsus mağazada, Şərifzadə küçəsi, ev 80 ünvanındakı ?Dost market?də, N.Hikmət küçəsi, 24 ünvanında yerləşən ?Real market?də, Xətai rayonunda M.Hadi küçəsi ilə X.Məmmədov küçəsinin kəsişməsində yerləşən ?Yeni market?də və Zahid İsgəndərova məxsus mağazada, M.Hadi küçəsi, ev 70, giriş 1 ünvanındakı ?Lyuks market?də, A.Cəlilov küçəsində yerləşən ?400 market?, ?Sizin market?də və Oktay Mehtiyevə məxsus mağazada, Y.Şərifov küçəsi, 10/3 ünvanında yerləşən ?Dübəndi market?də, Quba rayonunda Paşa-oba kəndində Maxsud Cəbrayılova məxsus mağazada, ümumi çəkisi 532 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı, süd və süd məhsulları, kolbasa, konservləşdirilmiş məhsullar, yağlar, un məmulatları, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA