Qarabağ faciəsi və Xocalı soyqırımı zamanı zəhid olan ərənlərimizin xatirəsi yad edilib

img

28-10-2010 [01:37]


?Xocalı Soyqırımını Tanıtma? ictimai birliyi Binəqədi rayonundakı 276 saylı orta məktəbdə Qarabağ faciəsi və Xocalı soyqırımı zamanı şəhid olan ərənlərimizin xatirəsinə, talenin təsadüfü nəticəsində sağ qalan insanlarla görüş keçirib. Bu barədə ?Xocalı Soyqırımını Tanıtma? ictimai birliyinin sədri, jurnalist Şamil Sabiroğlu məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun tədbirlər planına uyğun olaraq 2010-2011-ci illərdə Bakı şəhərindəki orta ümumtəhsil, orta ixtisas və ali məktəblərində Qarabağ faciəsi və Xocalı soyqırımı zamanı şəhid olan insanların xatirə gecələri, talenin təsadüfü nəticəsində sağ qalan şəxslərlə görüşlər keçirməyi planlaşdırır. Tədbiri 276 saylı orta məktəbin direktoru Bəhram Şiriyev açıb. Mərasim Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsini 1 dəqiqəlik sükutla yad edilməklə başlayıb. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Qarabağ İctimai Forumunun idarə heyətinin sədri Umud Rəhimoğlu, şair Bəhmən Laçınsız, Xocalıdan olan məcburi köçkün Nazim Hüseynov, şəhid Vaqif Salmanovun oğlu Hikmət Salmanzadə çıxış edərək gənclər arasında hərbi vətənpərvərlik ruhunun qaldırılmasından, torpaqlarımızın düşmən tapdağından azad olunması üçün belə tədbirlərin əhəmiyyətindən danışıblar. Döyüş bölgəsində şahidi olduqları ağrılı-acılı və kövrək xatirələrdən söz açıblar. Bakı şəhəri üzrə Bakı Təhsil idarəsinin məsul məsləhətçisi Yaqut Məmmədova vətənpərvərlik ruhunda keçirilən tədbirlərin mühüm əhəmiyyətini qeyd edib. Rəsmi hissənin sonunda məktəblilər maraqlı ədəbi-bədii kompozisiya ilə tədbir iştirakçıları qarşısında çıxış etdilər. Ş.Sabiroğlu 2010-2011-ci tədris ilində orta ümumtəhsil məktəblərində 25, orta ixtisas məktəblərində 3, ali təhsil ocaqlarında isə vətənpərvərlik mövzusunda 5 tədbirin keçirəcəyi barədə məlumat evrib. Ş.Sabiroğlu bu tədbirin Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin müdiri Nailə xanım Rzaquliyevanın razılığı ilə reallaşdığını da deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA