Prezident ilham Əliyev Ukraynada görüzlərə bazlayıb

img

28-10-2010 [01:09]


Oktyabrın 28-də Kiyevdə, Ukrayna Prezidenti Administrasiyasının binası qarşısında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. İlham Əliyevi Ukrayna prezidenti Viktor Yanukoviz qarşılayıb. Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş meydanda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Hərbi orkestrin ifasında Azərbaycanın və Ukraynanın dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna əsgərlərini salamlayıb. Ukraynanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Prezident Viktor Yanukoviçə təqdim olunub. Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər. Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Viktor Yanukoviç Kiyev şəhərindəki ?Naməlum əsgər? abidəsini ziyarət ediblər. Prezident İlham Əliyev və Prezident Viktor Yanukoviç ?Əbədi məşəl?in önünə əklil qoyublar. Prezidentlər 1941-45-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad ediblər. Prezidentlər 1930-cu illərdə aclıqdan həlak olanların xatirəsinə ucaldımış abidəni də ziyarət ediblər. Dövlət başçıları abidənin önünə gül qoyublar, aclıq qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. İlham Əliyev qədim Kiyev şəhərinin mənzərəsini seyr edib. Hazırda Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü başlayıb. Görüşdən sonra Azərbaycan-Ukrayna Prezidentlər Şurasının iclası keçiriləcək, ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanacaq və dövlət başçıları jurnalistlərin suallarını cavablandıracaqlar. İmzalanacaq sənədlər arasında Prezidentlərin Birgə Bəyannaməsi və iki ölkənin xarici siyasət idarələri arasında arxiv işi sahəsində əməkdaşlıq barədə hökumətlərarası saziş də var. Azərbaycan prezidentinin həmçinin səfər çərçivəsində baş nazir Nikolay Azarov və Ali Radanın sədri Vladimir Litvinlə də görüşləri nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA