isa Qəmbərdən MSK-sədrinə xahiz

img

28-10-2010 [12:56]


Müsavat Partiyasının başqanı, ?AXCP-Müsavat? blokunun 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədi İsa Qəmbər Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edib. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan müraciətdə 15 saylı Yasamal birinci seçki dairəsinin Dairə Seçki Komissiyasının 18 oktyabr tarixli qərarından şikayət edilib. İ.Qəmbər müraciətində bildirib ki, DSK-nın qərarına əsasən dairə ərazisindəki iki hərbi hissədə yaradılan seçki məntəqələrinə həlledici səs hüquqlu üzvlər təyin edilib. İ.Qəmbər bu qərarın qanunsuz və əsassız olduğunu bildirib. Partiya başqanı qeyd edib ki, qərarın özündə sözügedən seçki məntəqələrinin yaradılmasına dair hər hansı müddəa yoxdur və seçki məntəqələrinin dairə seçki komissiyası və ya hərbi hissə komandiri tərəfindən yaradıldığı məlum olmur. Digər tərəfdən, hansı qurum və hansı qərar əsasında yaradılması məlum olmayan seçki məntəqəsinə komissiya üzvlərinin təsdiq edilməsinin hüquqi əsasları qərarın əsaslandırıcı hissəsindən qətiyyən məlum olmur. İ.Qəmbər bildirib ki, Seçki Məcəlləsinin 35.5 maddəsinə görə hərbi qulluqçular ümumi seçki məntəqələrində səs verirlər: ?Müstəsna hal kimi hərbi hissədə seçki məntəqələrinin yaradılmasına yalnız o halda icazə verilir ki, həmin hərbi hissədə yaşayış məntəqələrindən kənarda yerləşsin və hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün bir saatdan çox vaxt lazım olsun. DSK Seçki Məcəlləsinin 35.2-ci maddəsinin tələblərini kobud şəkildə pozub. Seçki məntəqəsi bilavasitə seçki ərəfəsində yaradıldıqda səsvermə gününə ən azı 50 gün qalmış yaradılmalı olduğu halda, seçki qanunvericiliyinin bu tələbi kobud şəkildə pozulub və Bakı şəhərinin mərkəzində yerləşən hərbi hissədə seçki məntəqəsinin yaradılması hüquqi cəhətdən əsaslandırılmayıb?. Partiya başqanı hərbi hissə ilə ümumi seçki məntəqəsinin arasındakı məsafənin bir kilometrdən az olduğunu hərbi qulluqçuların həmin ümumi seçki məntəqəsində səs verməsi üçün heç bir problemin olmadığını qeyd edib: ?Bunu nəzərə alaraq dairə seçki komissiyası tərəfindən buraxılan səhvin aradan qaldırılması üçün təcili tədbirlərin görülməsi və yeni seçki məntəqələrinin hərbi hissələrdən kənarda yaradılması zəruridir?. İ.Qəmbər DSK-nın sözügedən qərarının ləğv olunması və müvafiq yerdə ümumi seçki məntəqəsinin yaradılması və hərbi qulluqçuların həmin məntəqələrdə səs verməsinin təmin edilməsini xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA