?Azərbaycanda korrupsiyaya qarzı mübarizə sahəsində görülmüz izlər öz müsbət nəticələrini verməkdədir?

img

27-10-2010 [02:06]


?Transparency İnternational? təşkilatı 2010-cu ilin Korrupsiya qavrama indeksini açıqlayıb. Azərbaycan 178 ölkə arasında 134-cü pillədə qərarlaşıb. Bu il Azərbaycanın göstəricisi ötən illə müqayisədə irəliləyib. Builki irəliləyişin əsas səbəbi kimi ölkədə maliyyə-nəzarət idarələrinin uğurla təşkil edilməsi, eyni zamanda dövlət idarəçiliyi və bələdiyyə mülklərinin idarə olunmasında korrupsiya ilə əlaqədar əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi göstərilir. İndeksdəki göstəricinin yaxşılaşmasına təsir edən faktorlardan biri də vətəndaşların korrupsiya ilə mübarizədə daha fəal iştirak etməsidir deyə hesabatda qeyd olunur. ?Transparency International? təşkilatının hesabatına münasibət bildirən Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əlimməməd Nuriyev bildirib ki, son illər Azərbaycanda da dövlət səviyyəsində korrupsiyaya qarşı sistemli və ardıcıl şəkildə mübarizə aparılmasına xüsusi diqqət yetirilir. Korrupsiyaya qarşı mübarizə hökumətin prioritet vəzifələrindən biri kimi elan olunub. Ən başlıcası isə korrupsiya qarşı mübarizə ilə bağlı ortaya siyasi iradə qoyulub: ?Korrupsiyaya qarşı mübarizə sahəsində son illər görülmüş işlər və Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş ?Şəffaflığın artırılması və korrupsiyaya qarsı mübarizə üzrə Milli Strategiya?nın icrası öz müsbət nəticələrini verməkdədir. Korrupsiyaya qarşı mübarizənin qanunvericilik bazası işlənilib hazırlanıb, institusional əsasları yaradılıb. Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində əsas beynəlxalq konvensiyalara qoşulub. Korrupsiyaya qarşı mübarizə istiqamətində atılan addımlar vətəndaşların ictimai əhəmiyyət kəsb edən informasiyaya çıxışının asanlaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflıq və aşkarlıq səviyyəsinin yüksəldilməsi, dövlət qurumları tərəfindən qərarların qəbulu prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakçılığının təmin edilməsi, dövlət qulluqçularının fəaliyyətinin müasir standartlar nəzərə alınmaqla tənzimlənməsi, dövlət qulluğuna qəbul zamanı şəffaflığın təmin edilməsi, qanunvericilikdə etik davranış standartlarının təsbit edilməsi, məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsi, hakimlərin seçilməsi və təyinatında müasir standartların tətbiqi, vəkillik fəaliyyətinin genişləndirilməsi, biznes mühitdə kreditlərin əlçatanlığının təmin olunması, müəssisələrin səmərəli fəaliyyəti və işgüzar mühitin tənzimləmə sahəsində qayda-qanunun möhkəmləndirilməsinə yönəlik islahatlar aparılması, tənzimləmə tələblərin şəffaflaşdırılması və səmərələşdirilməsi məqsədilə biznesin qeydiyyatı, vergilərin deklarasiya edilməsi ilə bağlı mövcud şərtlər yaxşılaşdırılmasında özünü büruzə verib? - deyə şəbəkə koordinatoru vurğulayıb. Onun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası bu işlərin görülməsində, Şəffaflığın artırılması və korrupsiyaya qarsı mübarizə üzrə Milli Strategiyanın uğurla həyata keçirilməsində, əməli müsbət nəticələr əldə edilməsində aparıcı rol oynayıb: ?Komissiya həmçinin korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları ilə fəal əməkdaşlıq edilməsi üçün böyük səy göstərib. Hazırda bu istiqamətdə çox böyük irəliləyişdən danışmaq mümkündür. QHT-lər korrupsiyaya qarşı mübarizə sahəsində dar çərçivə ilə məhdudlaşan, maarifçilik, əhalinin məlumatlandırılması istiqamətində fəaliyyət göstərən qurumlardan antikorrupsiya siyasətini həyata keçirən ixtisaslaşmış təsisatların, eləcə də dövlət orqanlarının əsas tərəfdaşlarından birinə çevriliblər. Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiyada hökumətin antikorrupsiya siyasətinin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları əsas tərəfdaş kimi bəyan olunub Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən QHT-lərin korrupsiyaya qarşı mübarizə sahəsində maarifçilik və digər istiqamətlər üzrə fəaliyyəti maliyyələşdirilir?. Hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizdə fəal mövqe tutduğunu vurğulayan Şəbəkə koordinatoru buna misal kimi korrupsionerlərin cəzalandırıldığını və məsuliyyətə cəlb edildiyini qeyd edib. Ə. Nuriyev Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində son illər görülmüş işlərin və bunun nəticəsində müsbət nəticələrin əldə olunmasının beynəlxalq təşkilatların hesabatlarında da əksini tapdığını bildirib: ?Dünya Bankının hesabatına əsasən Azərbaycanın 2007/2008-ci illərdə dünyada ən çox islahatlar həyata keçirən ölkə kimi qiymətləndirilib, Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (QREQO) 2010-cu il üçün Azərbaycan Respublikası üzrə Monitorinqinin ikinci raundu ilə bağlı hesabatında qeyd olunur ki, biznes mühitdə müsbət dəyişikliklər baş verib. Kreditlərin əlçatanlığı üçün tədbirlər görülüb və korrupsiyanın qismən azalması müşahidə olunub. 2009-cu il üçün ?Bizneslə məşğul oluruq? hesabatında Azərbaycan ilin ?Ən yaxşı islahatçı dövləti? kimi qeyd edilib. Gəlirlərə Nəzarət İnstitutu və Beynəlxalq Şəffaflıq Təşkilatının 2010-cu il üçün açıqladığı gəlirlərə Nəzarət İndeksinə görə Azərbaycan 41 ölkə arasında 9-cu yerdə qərarlaşıb. Bu baxımdan Azərbaycanın Korrupsiya qavrama indeksində irəliləməsi korrupsiyaya qarşı mübarizənin müsbət nəticələr verməsinin bəhrəsi kimi qiymətləndirilməlidir?. Bununla belə ekspert hesab edir ki, Korrupsiya qavrama indeksinin hazırlanmasında Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin tam dolğunluğu ilə nəzərə alındığını da söyləmək olmaz. Onun sözlərinə görə, dünya təcrübəsi sübut edib ki, korrupsiyaya mübarizə uzunmüddətli prosesdir və müsbət nəticələr zamanla özünü büruzə verir. Biz Azərbaycanda artıq bu nəticələri müşahidə edirik. Bu nəticələr yuxarıda qeyd etdiyim kimi beynəlxalq təşkilatlar tərəfindən də vurğulanır. Şübhə etmirik ki, gələcəkdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş müsbət nəticələr dolğunluğu ilə nəzərə alınacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA