Oktyabrın son günlərində ölkə ərazisində havalar yenidən soyuyacaq, yağız yağacaq

img

27-10-2010 [11:57]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava buludlu olacaq, arabir açılacaq. Gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 17-19?, axşam 14-16? isti olacaq. Oktyabrın 28-də dəyişkən buludlu, əsasən yağmursuz hava proqnozlaşdırılır. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-13?, gündüz 18-21? təşkil edəcək. Oktyabrın 29-da axşam havanın tutqun olacağı gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15?, gündüz 20-23? təşkil edəcək. Oktyabrın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Gündüz havanın arabir açılacağı, axşam isə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək. Havanın temperaturu gecə 12-14?, gündüz 18-20? olacaq. Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz hava müşahidə ediləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16?, gündüz 19-24?, dağlarda gecə 5-8?, gündüz 13-18? olacaq. Oktyabrın 29-30-da gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Ayın 29-da axşam qərb rayonlarından başlayaraq 30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-16?, gündüz 22-25?, 30-da 18-20?, dağlarda gecə 4-8?, gündüz 14-17?, 30-da 10-13? təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA