Bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 6,7 milyard manat məbləğində vəsait daxil olub

img

26-10-2010 [06:45]


Maliyyə Nazirliyinin məlumatlarına əsasən, cari ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 6,7 milyard manat məbləğində vəsait daxil olub. Dövlət Statistika Komitəsindən MIA-ya verilən məlumata görə, səkkiz ay ərzində dövlət büdcəsindən 6,0 milyard manat vəsait xərclənib, 664,4 milyon manat məbləğində, yaxud ÜDM-in 2,5 faizi qədər profisit yaranıb. Büdcə xərclərinin 2,3 milyard manatı və ya 38,8 faizi iqtisadiyyatın inkişafına, 715,8 milyon manatı (11,8 faizi) təhsilə və 807,7 milyon manatı (13,4 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına yönəldilib. Ümumiyyətlə, büdcə xərclərinin 32,0 faizi və ya 1,9 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf olunub. Əhalinin banklardakı əmanətlərinin məbləği sentyabr ayının 1-nə 2,7 milyard manata çataraq 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz artıb. Milli valyuta ilə vəsait qoyuluşu 1187,0 milyon manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1533,8 miyon manat olub. Ölkə iqtisadiyyatına ötən ilin yanvar-avqust aylarında olduğundan 15,2 faiz çox və ya 8,8 milyard manat məbləğində kredit yönəldilib. Kreditlərin 2,5 milyard manatı qısa müddətə, 6,3 milyard manatı isə uzun müddətə verilib, 4,8 faizinin, yaxud 423,7 milyon manatının ödəmə vaxtı keçib. Manatın məzənnəsinə gəlincə, sentyabr ayında manatın 1 ABŞ dollarına məzənnəsi 0,80 manat, 1 Avroya 1,05 manat, 100 Rusiya rubluna 2,61 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,80, 1,06 və 2,66 manat təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA