Prezident ticarət limanında aparılacaq köçürmə izləri ilə tanız olub

img

25-10-2010 [10:01]


Bu gün prezident İlham Əliyev Bakı ticarət limanında aparılacaq köçürmə və yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısına görüləcək işlər barədə məlumat verilib. Qeyd edilib ki, bu liman yeni əraziyə köçürüləcək. Yenidənqurma işləri çərçivəsində burada paytaxt əhalisinin və respublikamızın qonaqlarının hərtərəfli istirahəti üçün hər cür şərait yaradılacaq. Bakının digər yerlərində olduğu kimi ticarət limanının yerləşdiyi ərazidə də ən müasir standartlara uyğun park salınacaq. Hazırda bu istiqamətdə işlərin icrasına başlanıb. Prezident İlham Əliyev hazırlıq işlərinin gedişi ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA