Yaxın iki gün ərzində buludlu və yağmurlu hava zəraiti davam edəcək

img

25-10-2010 [01:23]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün gündüz havanın arabir açılacağı, əsasan yağmursuz keçəcəyi gozlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində zəif çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 17-19?, axşam 14-16? isti olacaq. Oktyabrın 26-da buludlu hava şəraiti hökm sürəcək. Yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15?, gündüz 16-18? olacaq. Oktyabrın 27-də səhər və axşam havanın tutqun, gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-15?, gündüz 17-19? təşkil edəcək. Oktyabrın 28-də dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16?, gündüz 17-20? olacaq. Azərbaycanın rayonlarında osabah əsasən yağmursuz hava olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, arabir çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16?, gündüz 18-23?, dağlarda gecə 3-6?, gündüz 10-15? olacaq. Oktyabrın 27-də gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, 28-də gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman proqnozlaşdırılır. Şərq küləyi əsəcək.. 28-də gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16?, gündüz 19-24?, dağlarda gecə 3-6?, gündüz 12-17? olacaq. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA