Bu gündən seçki bülletenlərinin paylanılmasına bazlanılır

img

25-10-2010 [11:16]


Mərkəzi Secki Komissiyası (MSK) bu gündən dairə secki komissiyalarında secki bülletenlərinin paylanılmasına start verir. Bülütenlərin çapına oktyabrın 22-də Milli məclisin mətbəəsində başlanılmışdı. Bülletenlər qanunvericiliyə əsasən, seçicilərin sayından 3 faiz artıq çap olunub. Bu isə 5 milyon 96 min 574 bülleten deməkdir. Qeyd edək ki, MSK, seçki bülletenlərinin doldurulması qaydalarının sadə olaraq hazırlanacağını bildirmişdi. Bülletendə namizədlərin ad-soyadları əlifba sırasına görə yazılacaq. Siyasi partiya və blokların namizədlərinin adının qarşısında onun təmsil olunduğu partiya və ya seçki blokunun adı və emblemi də olacaq. Bülletenlərdə hər namizədin adının qarşısında səs vermək üçün kvadrat yerləşdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA