14-06-2018 [17:46]
Ağdam və Tərtər rayonlarında polis əməkdaşları ilə görüşlər keçirib.
Görüşlər "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan polisinin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi” adlı layihə çərçivəsində baş tutub.
Tərtər rayon Polis Şöbəsində baş tutan tədbirdə çıxış edən ictimai birliyinin sədri, Avtosfer.az portalının baş redaktoru Elməddin Muradlı qarşıdan gələn 2 İyul Polis günü münasibətilə polis əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Təşkilat sədri qeyd edib ki, Tərtər rayonu cəbhəboyu zonada yerləşir və burada aprel döyüşləri zamanı polislər gecə-gündüz səngərdə əsgərlərlə birlikdə olub.
E.Muradlı bildirib ki, cəbhəboyu zonada yaşayan insanlar həssas olur və bu səbəbdən də polis əməkdaşları insanlarla ünsiyyətdə daha diqqətli olmalıdırlar. Polislər həm cəmiyyətdə, həm də sosial şəbəkələrdə davranışlarına fikir verməlidir: "Bəzən polis əməkdaşları özlərini sosial şəbəkələrdə sadə insanlar kimi aparır, neqativ hallara yol verirlər. Bir nəfər polis əməkdaşının səhvini bütün polislərə ləkə kimi qəbul edən insanlar var. Məhz onlar bu cür neqativ məlumatları dayanmadan sosial şəbəkələrdə paylaşır, polisin nüfuzuna xələl gətirirlər.
Polisin nüfuzunu qorumaq üçün hər bir əməkdaş öz hərəkətlərinə, davranışlarına, eləcə də vətəndaşlarla münasibətinə son dərəcə diqqətlə yanaşmalıdır. Bəzən polislər mobil telefonla xidmət zamanı lazımsız foto və videolar çəkirlər, bir-biri ilə zarafatlar edirlər. Telefon xarab olur və onu təmir etmək üçün ustaya verirlər. Ustalar da həmin görüntüləri ələ keçirib sosial şəbəkələrdə yayırlar. Kiçik bir səhv illərlə çəkilən zəhmətə son qoyur. Tanımadığınız insanlarla səmimi söhbətlər edib sonradan onların əsirinə çevrilməyin, şantaj obtekti olmayın”.
Tədbirdə çıxış edən hüquqşünas Ərşad Hüseynov da polis əməkdaşlarını təbrik edib. O, Qarabağ müharibəsində iştirak etmiş və həlak olmuş polis əməkdaşlarının xatirəsini anıb və ümid etdiyini bildirib ki, yenidən müharibə başlasa hazırda daxili işlər orqanlarında xidmət edən əməkdaşlar şəhid və qazi olan həmkarlarının qisasını alacaq və ən azı onlar qədər rəşadət göstərərək torpaqların işğaldan azad olunmasına çalışacaqlar.
Ə.Hüseynov da polis əməkdaşlarının vətəndaşlarla ünsiyyət zamanı diqqət yetirməli olduğu məqamlara toxunub, qanunvericiliyin tələblərindən danışıb və onları maraqlandıran suallara cavab verib. Polis əməkdaşları əsasən vətəndaşlarla ünsiyyət zamanı yaranan müəyyən ziddiyətli məqamları diqqətə çatdıraraq Ərşad Hüseynovun hüquqşünas kimi fikirlərini dinləyiblər.
Daha sonra Ağdam şəhərində keçirilən görüş də maraqla qarşılanıb. Polis əməkdaşları "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinə, eləcə də "Digesta" hüquq firmasının rəhbəri, hüquqşünas Ərşad Hüseynova onları yada salıb görüşə gəldikləri üçün təşəkkür ediblər.
Burada da çıxış edən Elməddin Muradlı bildirib ki, cəbhə zonasında ən qaynar nöqtələrdə xidmət edən polislərin işi ağır və məsuliyyətli, eyni zamanda şərəflidir.
O, qeyd edib ki, burada polis əməkdaşları həm polis, həm də əsgər kimi xidmət edirlər və bu da bizi çox sevindirir: "Biz həm əsgərlərimizə, həm də polislərə çox güvənirik. Çünki onlar daim əsgərlərlə çiyin-çiyinə döyüş bölgəsində xidmət aparırlar. Əsgərlərimiz səngərdə düşmənlə üz-üzə dayandığı kimi polislər də cəmiyyətə düşmən kəsilən cinayətkarlara qarşı mübarizə aparırlar. Həmçinin əhalinin sabit, firavan və inamlı şəkildə öz doğma yurdlarında yaşamasına şərait yaradırlar”.
Görüş zamanı onda qeyd olunub ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi ilə Ağdamda 17 polis bölməsi yaradılıb, bu da da əhalinin polisə olan inamını artırır. Çünki hər hansı bir hadisə baş verdikdə, atəşkəs pozulduqda əhali güvənc yeri kimi məhz həmin bölmələrə gəlir, polislərin əhatəsində özlərini güvəndə hiss edirlər.
Hüquqşünas Ərşad Hüseynov isə görüşdə iştirak edən polislərə öz tövsiyələrini verib, onları maraqlandıran suallara, eləcə də yol hərəkəti qaydaları barədə ziddiyyətli məqamlara aydınlıq gətirib, işlərində uğurlar arzulayıb.
Orxan
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi