14-06-2018 [16:27]
Ermənistan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən BMT-də işğal olunmuş ərazilərimizdə yaratdığı qondarma rejim adından sənədlərin yayılması ilə əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.
XİN-dən Mia.az-a verilən məlumata görə, Hikmət Hacıyev bildirir ki, cari ilin may ayında Ermənistan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyi bu ölkə tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim adından BMT-də sənəd yayıb:
"Bundan əvvəl də Ermənistanın BMT yanında Nümayəndəliyi tərəfindən bənzər addımlar atılmışdı. Bu məsələdə də Ermənistanın BMT yanında Nümayəndəliyi saxtakarlıq və BMT üzv dövlətlərini aldatmağa cəhd etmək yolunu seçib. Belə ki, Ermənistanın BMT yanında Nümayəndəliyi tərəfindən göndərilən məktuba qondarma rejim adından hər hansı bir sənəd əlavə edilir. Sonra bu Ermənistan KİV-də qondarma rejimin sənədinin guya BMT-də yayılması kimi təqdim olunur. Əslində isə bu yalan və cəfəngiyyatdır".
XİN rəsmisi qeyd edib ki, bununla əlaqədar olaraq 7 İyun tarixində Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən BMT-nin Baş katibinə məktub ünvanlanıb: "Elə həmin gün sənəd BMT Təhlükəsizliik Şurasının sədri tərəfindən TŞ-nin üzvləri arasında yayılıb və BMT-nin rəsmi sənədi kimi dərc olunub: "Məktubda BMT-nin TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrə istinad edilərək, orada ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmətin, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunun bir daha təsdiqlənməsi, habelə ərazinin zəbt olunması üçün gücdən istifadə edilməsinin qəbuledilməzliyi və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması barədə tələbləri vurğulanıb.
Bildirilib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim hərbi təcavüz və qanlı etnik təmizlənin nəticəsidir.
Məktubda həmçinin, Ermənistan Respublikasının beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymayaraq Azərbaycana qarşı törətdiyi təcavüzə görə davamlı şəkildə məsuliyyətdən yayınması cəhdlərinə şərh verilərək, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi hüquqi qərara istinad edilib. Məlum olduğu kimi, məhkəmənin qərarında qondarma rejimin Ermənistanın nəzarətində olduğunu və onun siyasi, maliyyə, hərbi və digər dəstəyi sayəsində mövcud olduğu öz təsbitini tapıb.
Bir daha vurğulanıb ki, Ermənistan yürütdüyü təcavüz və anneksiya siyasəti ilə heç zaman güddüyü məqsədlərinə nail ola bilməyəcək, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bu belə olub və gələcəkdə də belə olacaq və Ermənistanın öz qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmaqdan başqa yolu yoxdur.
Məktubda rəsmi Yerevanın öz xalqı və beynəlxalq ictimaiyyəti çaşdırmaq üzrə cəhdlərə son qoymalı və münaqişənin həll edilməsi məqsədilə üzərinə düşən öhdəliklərini yerinə yetirməli olduğu vurğulanıb və yalnız belə olan şəraitdə bölgədə çoxdan gözlənilən sülh və sabitliyin bərqərar ola biləcəyi qeyd olunub".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi