Dünya Bankı bundan sonra Azərbaycana güzəztli kreditlər verməyəcək

img

22-10-2010 [05:46]


Yeni Strategiya qurularkən iki əsas istiqamətə -qeyri-neft sektorunun inkişafı və sosial-kommunal xidmətlərin səmərəliliyinin artırılmasına diqqət yetirilir. Azərbaycan Hökuməti Strategiyanın əhatə etdiyi dörd il müddətinə təxminən 1 milyard ABŞ dolları məbləğində investisiyaların ayrılması üçün müraciət etmişdir. İlk iki ildə ayrılacaq kreditlərin təxminən 380 milyon ABŞ dolları təşkil etməsi gözlənilir. Ölkənin adambaşı gəlirinin 4820 ABŞ dolları təşkil etməsini (Atlas metodu, 2009) və nəticədə ölkənin orta gəlirli ölkələr kateqoriyasına aid edilməsini nəzərə alaraq, 2011-ci il Azərbaycanın Dünya Bankından güzəştli kredit alacağı son il olacaqdır. Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (BMK) isə həmin dövrdə investisiya proqramını 200 milyon ABŞ dollarına qədər artıracaqdır. Qurum iş yerlərinin yaradılması və artım, yoxsulluq və bərabərsizlik, maliyyə sektoru, kənd təsərrüfatı və suvarma, tullantı suları və dövlət xərcləri sahəsində məsləhət fəaliyyətini də genişləndirəcəkdir. ?Azərbaycan son qlobal iqtisadi böhranı nisbətən yaxşı keçirsə də, böhran diversifikasiya olunmuş iqtisadiyyata, bazar prinsipinə əsaslanan siyasətə və gücləndirilmiş sosial xidmətlərə və dəstəyə ehtiyacın olmasını meydana çıxarmışdır?-deyə, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləm bildirib. Azərbaycan Hökuməti Dünya Bankı ilə Birgə İqtisadi Tədqiqat Proqramı (JERP) çərçivəsində əməkdaşlıq göstərməyə razılaşıb. Bank həmin proqram çərçivəsində, Azərbaycanda siyasət formalaşdıranları sürətlə inkişaf edən digər orta gəlirli ölkələrin və daha qabaqcıl iqtisadiyyatların təcrübəsi və qabaqcıl yanaşmaları haqqında məlumatlandıracaq. Korrupsiyanın azaldılması və dövlət sektorunun səmərəliliyinin artırılması vasitələri olaraq idarəetmənin və institusional quruculuğun gücləndirilməsi yeni Ölkə Tərəfdaşlıq Strategiyasında prioritet mövzu olacaqdır. Strategiya həmin məsələləri zəruri ünvanlı alətlər vasitəsilə üç səviyyədə - layihə, sektor və ölkə səviyyəsində həll edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA