Oqtay Əsədov deputatlara irad tutdu: “Belə olmaz axı”

img

12-06-2018 [17:08]


Milli Məclisin sədri Oqtay Əsədov deputatların "Təhsil haqqında” qanunun yenidən hazırlanması ilə bağlı təkliflərinə etirazını bildirib.

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında O.Əsədov xatırladıb ki, uzun müddət "Təhsil haqqında” qanun qəbul olunmayıb.

"Nəhayət qanun qəbul edildi. İndi də deyirlər, qanun yenidən işlənməlidir. Belə olmaz axı... Qanun olmazsa, nəyə dəyişiklik edəcəksiniz? Hər şeyi yenidən işləmək olmur axı.

Onda gəlin Cinayət Məcəlləsini və digər məcəllələri də yenidən hazırlayaq”-deyə, parlamentin sədri vurğulayıb.

Qeyd edək ki, bəzi deputatlar hazırki "Təhsil haqqında” qanunda çatışmazlıqlar olduğunu bildiriblər, onlar qanunun yenidən hazırlanmasını təklif ediblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA