Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

12-06-2018 [12:49]


Sabah Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, iyunun 13-də havanın temperaturunun Abşeron yarımadasında gecə 15-18, gündüz 23-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyunun 13-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 26-31, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə istiolacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz iyunun 13-də Abşeron yarımadasında komfort temperatur hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA