Təhsil İdarəsi "son zəng"lə bağlı şərtləri açıqladı - Təhlükəsizlik üçün rəsmi qurumlara müraciət ediləcək

img

12-06-2018 [11:59]


"İyunun 14-də bütün məktəblərdə "Son zəng" tədbiri keçiriləcək. Bu da yalnız məktəb daxilində olmalıdır və iki saat davam etməlidir”.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, bu tədbirlərin keçirilməsində yalnız məktəb rəhbərliyi cəlb olunmur. M.Vəliyeva vurğulayıb ki, şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq orqanlara müraciətlər edilir: "Builki "Son zəng" tədbirləri də yaxşı səviyyədə keçiriləcək".

İdarə müdiri əlavə edib ki, bu il Bakı məktəblərini, təxminən, 26 min nəfərdən çox 11-ci sinif şagirdi bitirir: "27 min nəfərdən çox isə 9-cu sinif şagirdləri bitirir. İyunun 21-də Bakıda həm 9, həm də 11-ci siniflərdə buraxılış imtahanları keçiriləcək".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA