Səbail rayonunda 9 ayda görülən izlər müzakirə olunub

img

22-10-2010 [03:30]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənjlər təşkilatlarının və rayon ijtimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub. Səbail rayon İcra Hakimiyyətindən MİA-ya verilən məlumata görə, icra başçısı Asif Əsgərov bildirib ki, cari ilin 9 ayı ərzində iqtisadi artım 4,1% olmuş, qeyri-neft sektoru üzrə isə 5,2% olub. Əhalinin pul gəlirləri 11% artıb və inflyasiyanı 2 dəfədən çox üstələyib. Azərbaycanın valyuta ehtiyatları artaraq 20 milyard dollardan 28 milyard dollara çatıb ki, bu da ölkə başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. Hesabat dövründə görülən işlərdən danışan A.Əsgərov qeyd edib ki, bu ilin doqquz ayı ərzində Səbail rayonunun sənaye müəssisələri tərəfindən istehlakçılara 15500,5 milyon manatlıq sənaye məhsulu göndərilib və ya xidmətlər göstərilmib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,0 faiz çoxdur. Nəqliyyat müəssisələri tərəfindən 332,3 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 27,1% çox nəqliyyat, rabitə müəssisələri tərəfindən 580,9 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 11,8% çox rabitə xidmətləri göstərilib. Bütün maliyyə mənbələri hesabına 1518,1 milyon manat məbləğində investisiyalardan istifadə edilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 37,5% çoxdur. İlin əvvəlindən əhaliyə 443,4 milyon manatlıq istehlak malları satılıb və ya pullu xidmət göstərilib, bu da ötən illə müqayisədə 117,9% çoxdur. Pərakəndə əmtəə dövriyyəsi 28,5% artaraq 243,8 milyon manata, pullu xidmətlərin həcmi isə 7,1% artaraq 199,6 milyon manata çatıb. Rayonda çalışan işçilərin sayı 84906 nəfər, orta aylıq əmək haqqının məbləği isə 835,1 manat olub ki, bu da keçən illə müqayisədə 29,0 % çoxdur. 2010-cu ilin 9 ayı ərzində Səbail rayonu ərazisində 806 yeni iş yeri açılıb ki, bunlardan hamısı daimi iş yerləridir. Ümumilikdə 2003-jü ilin oktyabr ayından 2010-ju ilin sentyabr ayına kimi rayonda 32594 iş yeri açılıb ki, onların 31726-ı daimidir. Cari ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri müvəffəqiyyətlə davam etdirilib. Tarixi abidələrin bərpa və konservasiyası üzrə Master Plana uyğun olaraq İçəri şəhərdə yerləşən XI əsr abidəsi olan ?Həzrət Məhəmməd? məscidinin bərpa və konservasiyası işləri aparılır. Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış ?Abad həyət? layihəsi əsasında Badamdar qəsəbəsində T.Məmmədov 18 və 11 Badamdar 40 ünvanlardakı həyətlər təmir olunaraq istifadəyə verilib, Mətbuat prospekti 2 və Badamdar yolu 107/109 ünvanlarda yeni həyətlərin təmiri aparılır. İlin əvvəlində Badamdar qəsəbəsində boş sahədə gözəl istirahət parkı salınıb. Qəsəbədə inşa olunan Xeyir-şər evində artıq son tamamlama işləri aparılır, buradakı Heydər Əliyev parkında təmir-yenidənqurma aparılması üçün layihə sənədləri hazırlanıb. Əlavə olaraq Qafur Məmmədov adına parkda və Xanlar küçəsi 2 ünvandakı boş sahədə təmir-abadlıq işlərinə başlanıb. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin ?Şəhidlər Xiyabanı?nda yerləşən qərərgahında əsaslı təmir işləri başa çatdırılmış və bura hər cür inventarla təmin olunub. May ayında II Dünya Müharibəsində Qələbənin 65 illiyi münasibəti ilə Bibiheybət qəsəbəsində II Dünya müharibəsində həlak olan döyüşçülərin xatirə abidəsinin açılışı keçirilib. Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində Badamdar qəsəbə Mədəniyyət evi istifadəyə verilib, Səbail rayon Polis İdarəsinin yeni binasının açılışı olmuşdur. Milli Qurtuluş günü ərəfəsində əsaslı təmirdən sonra Rəşid Behbudov adına 2 saylı Uşaq musiqi məktəbi istifadəyə verilib. Bayıldan 20-ci sahə dairəsinə kimi ? Qurban Abbasov, Əhəd Yaqubov və Bibiheybət yolu küçələri boyunja mövgud mağaza, ofis və tijarət obyektlərinin üzlənməsi işləri aparılır. Hazırba bu ərazidə 215 mağazada üzlənmə başa çatıb, digərlərində də hazırlıq işləri aparılır. Hesabat dövründə bir sıra tədbirlər hazırlanaraq keçirilib. Müxtəlif tarix və ildönümləri ilə bağlı 20 Yanvar, Çernobıl Əlilləri Cəmiyyətlərin rayon şöbələrinin üzvləri, rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər RİH-də qəbul olunub, onlara yardımlar göstərilib, Novruz və Ramazan bayramları ilə əlaqədar yardımlar paylanmış, rayonun bir sıra yerlərində iftar süfrələri təşkil olunub. Azərbaycan Silahlı Qüvvələr günü münasibəti ilə iyun ayının 25-də rayon ijtimaiyyətinin bir qrup nümayəndəsi cəbhə bölgəsində rayonun hamilik etdiyi ?N? saylı hərbi hissədə, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgər və zabitlərimizin qonağı olublar. İyulun 19-da Milli Mətbuatın 135 illiyi münasibəti ilə RİH-də tədbir keçirilmiş və 30 nəfər KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunub. Yeniyetmələrin yay istirahətinin səmərəli təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə avqust ayında Səbail və Quba rayon İcra Hakimiyyətləri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının birgə layihəsinə əsasən rayonun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan 174 nəfər uşaq üçün Quba şəhərində hərbi-vətənpərvərlik təmayullu ?Şahinlər? yay istirahət düşərgəsi təşkil olunub. Ənənəvi olaraq 15 sentyabr - ?Bilik günü? Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunmuş, sentyabr ayının 28-də Səbail rayon Veteran Təşkilatları Şurasının XII hesabat-seçki konfransı keçirilib. Oktyabr aynın 5-də Beynəlxalq Müəllimlər günü münasibəti ilə rayonun təhsil işçilərinin toplantısı keçirilib, RİH tərəfindən 20 müəllimə mükafatlar təqdim olunmuşdur. Əlamətdar haldır ki, Beynəlxalq Müəllim günü ərəfəsində ölkə başçısının sərəncamı ilə Səbail rayonunun təhsil işçilərindən 2 nəfər ?Tərəqqi? medalına layiq görülüb, 3 nəfərə isə ?Əməkdar müəllim? adı verilib. Rayonun bir sıra xidmətlərinin rəhbərləri yığıncaqda çıxış edib, iclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA