I-IV ixtisas qrupları üzrə sonuncu sınaq imtahanının nəticələri - Açıqlandı

img

11-06-2018 [16:28]


Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da keçirilən I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri) sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb. 

Mia.az DİM-ə istinadən bildirir ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 5252 abituriyentdən 164 nəfəri imtahana gəlməyib.

İmtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyent imtahandan xaric olunub.

İmtahan nəticələrini mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA