Nazirlikdən Saatlıdakı zəhərlənməyə reaksiya: "Bakıya gətirilən xəstələrin vəziyyəti orta-ağırdır"

img

11-06-2018 [10:12]


 Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənmə diaqnozu ilə Bakıdakı Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə gətirilən 4 xəstənin vəziyyəti orta-ağırdır.

Bunu "Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib. 

Onun sözlərinə görə, Saatlı Rayon Mərkəzi Xəstəxanasıda müalicəsi davam edən 20 nəfərdən ikisi öz istəyi ilə evə buraxılıb: "Digər xəstələrin müalicəsi davam edir və yaxın günlərdə evə buraxılacaqlar”.

Qeyd edək ki, ötən gün Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 20-dən çox işçi kimyəvi dərmandan zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan vəziyyəti ağır olan 4 nəfər Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə yerləşdirilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA