“Azərkosmos”a sədr müavinləri təyin edildi - Yeni müavinlər kimlərdir?

img

11-06-2018 [09:23]


 "Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxdıqdan sonra ona 2 sədr müavini təyin edilib.

Mia.az "Report”a istinadən xəbər verir ki, bunlar Dunay Bədirxanov və Rövşən Rüstəmovdur.

Xatırladaq ki, D. Bədirxanov 2009-cu ildə Sankt-Peterburq (Rusiya) Dövlət Universitetinin "Riyaziyyat-Mexanika” fakültəsini bitirib. O, əmək fəaliyyətinə 2011-ci il aprel ayında "Azərkosmos”un Aşağı-orbitli peyk sistemlərinin inkişafı şöbəsində mütəxəssis vəzifəsində başlayıb, 2012-2013-cü illərdə Peyk mühəndisliyi sektorunda peyk mühəndisi, 2013-2016-cı illərdə Peyk və yerüstü sistemlər departamentinin Peyk əməliyyatları qrupunun rəhbəri, 2016-2018-ci illərdə isə Peyk və yerüstü sistemlər departamentinin direktoru vəzifələrində işləyib.

R.Rüstəmov isə 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını, "İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub, 2009-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, əmək fəaliyyətinə 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə jurnalist kimi başlayıb, 2004-2012-ci illərdə NRYTN yanında "Azərpoçt” MMC-də Əməliyyatlar şöbəsinin rəisi, Biznesin inkişafı şöbəsinin rəis müavini, 2012-2014-ci illərdə "Azərkosmos”da korporativ idarəetmə üzrə menecer, 2014-2018-ci illərdə NRYTN yanında "Azərkosmos”un sədr müavini vəzifələrində işləyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA