"Ceyhun Bayramov, balalarımızı ölümlə üz-üzə qoyma..." - Balakəndən şikayət + FOTOLAR

img

10-06-2018 [23:37]


Acınacaqlı vəziyyətdə olan Balakən rayonunun Gərəkli kənd məktəbi tamamilə uçmaq təhlükəsi ilə üz-üzədir.

Mia.az bildirir ki, bununla bağlı kənd camaatı Təhsil naziri Ceyhun Bayramova məktub ünvanlayıblar.

Məktuba məktəbin faktiki vəziyyətinin də fotolarını əlavə edən sakinlər bildirir ki, təhlükəli vəziyyətlə bağlı aidiyyəti bütün orqanlara müraciət ediblər: "Lakin bu günədək bizim müraciətimizlə maraqlanan olmayıb".

Sakinlər bildirir ki, bu günlərdə Zaqatala-Balakən zonasında baş verən 5.5 bal gücündəki zəlzələdən sonra məktəb daha da qəzalı vəziyyətə düşüb: "Biz nazir Ceyhun Bayramovdan xahiş edirik, bu məktəblə yaxından maraqlansın, balalarımızı ölümlə üz-üzə qoymasın...".





Mia.az
.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA