Yeni icra başçısı generalın qardaşını "vurdu": "Elin ağzını yummaq olmaz"

img

09-06-2018 [13:02]


Tovuz rayon İcra Hakimiyyətinin yeni başçısı Məmməd Məmmədov unikal.org-a açıqlama verib.

Mia.az sözügedən sayta istinadən xəbər verir ki, o, qarşısına yeni tələblər qoyulduğunu bildirib:

- Cənab prezident bizim qarşımızda böyük tələblər qoyub. Bu tələblərdən biri xalqın maddi rifah halının yaxşılaşdırılmasıdır. Rayonda yollar çəkilib, təsərrüfatlar qurulub. Amma görülən işlər bizi qane etmir. Mənə daha çox əhalinin xidmətkarı olmaq tapşırığı verilib. Mən də hər zaman bu tapşırığı icra etməyə çalışacam.

-Rayon əhalisinin məşğulluğunu artırmaq üçün hansı tədbirlər görməyi planlaşdırırsız?

-Kəndlərdə olan əhalinin məşğulluğunu artıracağıq. Müəssisələr və obyektlər qurulacaq, sahibkarlara yeni imkanlar yaradılacaq. Sahibkarlara aktiv fəaliyyət üçün kömək edəcəyik.Onların daha çox gəlir əldə etməsinə imkanlar yaradacağıq.

-Rayon icra hakimiyyətində kadr islahatları olacaq? 

-Mən işə yeni başlamışam.Təyinatlar mütləq olacaq, icra hakimiyyətinin kadrları arasında cavanlaşma siyasəti aparacağıq. Bizim qurumda innovativləşmə olacaq.

-"Aqrokimya"da fəaliyyətinizi davam etdirirsinizmi?

-Təyinatıma görə  mən orada işləməmək qərarını vermişəm.

-Mətbuatda sizə "Zəhər Məmməd" təxəllüsü ilə müraciət edildiyi qeyd edildi.Sizi yaxından tanıyanlar sizə belə müraciət edirlər?

-(gülür)Mən bitki mühafizəsi sahəsi ilə məşğul olmuşam. Bitkiləri qorumağa çalışmışam.Yəqin ona görədir. Deyirlərsə də, elin ağzını yummaq olmaz.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA