Ziyafət Əsgərov erməni işğalından danışdı: "...hələ də lazımi addımlar atılmır"

img

09-06-2018 [11:01]


"Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal edilib. Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatlara çağırış edərək ədalətli qərarların qəbul olunmasını istəyir. Lakin hələ də lazımi addımlar atılmır".

Mia.az report-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Bakıda keçirilən Avropada Mühafizəkarlar va İslahatçılar Alyansının sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, araşdırmalar beynəlxalq münasibətlər çərçivəsində parlamentlərin çoxfunksiyalı fəaliyyətinin güclənməsinin universal xarakter daşıdığını göstərir: "Deputatlarımız beynəlxalq təşkilatların tədbirlərində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mümkün olan hər şeyi edir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA