08-06-2018 [17:29]
İyunun 8-də Bakıda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) tərəfindən "Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Mia.az xəbər verir ki, beynəlxalq konfransda dövlət rəsmiləri, Milli Məclisin deputatları Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, QHT rəhbərləri iştirak ediblər.
Konfransda çıxış edən Azərbaycan Respublikası yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması və bir milyondan çox məcburi köçkün həyatı yaşayan vətəndaşlarımızın hüquqlarının təmin edilməsi istiqamətində dünya birliyi ciddi qərarlar qəbul etməlidir. "Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasəti Cənubi Qafqaz regionuna ciddi təhdiddir. Ermənistanın Cənubi Qafqazda etnik separatizmi davam edir və bu da regionda təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Bütün səylərə baxmayaraq, Ermənistanın işğala son qoymaması regional və qlobal təhlükəsizlik sistemi üçün də ciddi təhdiddir. Ermənistanda baş verən son hakimiyyət dəyişikliyindən sonra prosesin normallaşmasına ümid var idi. Amma indiki rejimin də mahiyyəti özündən əvvəlkinə bənzəyir”, - deyə R.Qonaqov deyib.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Ermənistanın Cənubi Qafqazda xalqların təhlükəsizliyinə qarşı davam etməkdə olan təhdid siyasətinin aradan qaldırılması istiqamətində region dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayıb, beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına etirazını bildirib. Komitə sədri deyib: "Nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və birgə yaşaması məsələsi sual altında qalır. Həmçinin dünya birliyinin işğalçı tərəfin bu hərəkətlərinə etinasız münasibəti müasir beynəlxalq münasibətlər sistemi üçün arzuolunmaz ənənələrin təməlini qoyur”.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesində vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib. H.Hacıyev bildirib ki, danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin ənənəvi separatizm siyasəti bu danışıqların effektivliyinə mane olur. "Ermənistanda hakimiyyət dəyişikliyi də bu prosesə hələ ki, öz töhfəsini verməyib. Azərbaycan sülh yolu ilə torpaqlarımızın azad olunmasının tərəfdarıdır və bunu dəfələrlə bildirmişik. Azərbaycan bütün səylərində Ermənistanı problemi danışıqlar yolu ilə həll etməyə çağırıb”, - deyə Hikmət Hacıyev qeyd edib.
Milli Məclisin deputatı Elman Nəsirov "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yeni mərhələdə” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, bu proses illərdir davam edir. Ermənistandakı hakimiyyət dəyişikliyi prosesi müsbət istiqamətdə aparılmalıdır. Amma bunun nəticəsi görünmür. Deputat vurğulayıb ki, Ermənistan tərəfi bu münaqişə nəticəsində özünü pis duruma salıb və Ermənistanda faktiki olaraq, iqtisadi və siyasi böhran mövcuddur. Siyasi, iqtisadi, demoqrafiq böhran Ermənistanı süquta aparır.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycan İcması İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov "Ermənistanın Azərbaycana təcavüzü beynəlxalq münasibətlər sistemində” mövzusunda çıxış edib. O bildirib ki, 30 ilə yaxındır ərazilərimiz işğal olunub. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq qurumlar və təşkilatlar, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Ermənistanın işğalını pisləyən bəyanatların verilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimizi işğal altında saxlayır.
Siyasi ekspert Rövşən Məmmədov isə "Cənubi Qafqaz regionu: erməni terrorunun doğurduğu real təhdidlər və tarixi həqiqətlər” mövzusunda məruzə edib. O bildirib ki, Ermənistanın işğalçılıq siyasəti keçmişdə də, indi də təkcə bizim üçün deyil, bütün region üçün təhdid olub və qalmaqda davam edir.
İsrailli beynəlxalq ekspert Arye Qut isə "Erməni separatizmi və onun törətdiyi təhlükələr İsrail mətbuatında” mövzusunda konfrans iştirakçılarına məlumat verib. Siyasi ekspert bildirib ki, ermənilər hər zaman təxribatla məşğul olublar və öz siyasətlərini dünya tərəfindən qəbul etdirməyə də çalışıblar. İsrail mətbuatında ermənilərin məkrli niyyətlərini ifşa edən çoxsaylı yazılar və məqalələr dərc edilir. Qondarma erməni soyqırımı iddiası ilə bağlı da son zamanlar çoxlu yazılar dərc edilib və İsrail parlamenti bu soyqırımın tanınması ilə bağlı müraciəti öz gündəliyindən çıxarıb.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı Rasim Mirzəyev bu kimi beynəlxalq konfransların keçirilməsinin ölkəmizin və regionun təhlükəsizliyi baxımından əhəmiyyətindən danışıb. Rasim Mirzəyev Ermənistanın separatizm siyasətinin qarşısının alınması istiqamətində BMT qətnamələrinə diqqəti yönəldərək bildirib ki, Ermənistanın işğalçılıq siyasəti BMT-nin 4 qətnaməsində də öz əksini tapıb. Ermənistan beynəlxalq hüquqa əməl etməklə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, öz etnik separatizm əməllərindən imtina etməlidir. Ermənistanın faktiki işğal siyasəti region üçün böyük təhlükə, ciddi təhdid mənbəyidir.
Sonra məruzələr ətrafında çıxışlar davam etdirilib.
Tədbirin sonunda beynəlxalq konfransın iştirakçıları adından Ermənistan Cənubi Qafqazda separatizm siyasəti və regionun təhlükəsizliyinə dair bəyanat qəbul edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi