Namizəd seçicini məhkəmə ilə hədələyib

img

21-10-2010 [04:27]


Seçki kampaniyasına start verilməsi ilə namizədlərlə yanaşı, bir sıra dairələrdə yerli icra strukturları, bələdiyyələr və DSK-lar hərəkətə keçiblər. 71 saylı Masallı kənd seçki dairəsi də bu baxımdan istisna deyil. Dairədən əldə etdiyimiz məlumatlara görə, yerli ərazı icra nümayəndələri və bələdiyyələrin, DSK-nın üzvləri buradan namizədliyini irəli sürmüş Elmira Axundovanın seçicilərə bəyəndirilməsi üçün əllərindən gələni edirlər. Ərkivan kəndində keçirilən görüşdə kənd məktəblərində və tibb məntəqsində iş dayandırılıb, müəllimlər və həkimlər Elmira Axundova ilə görüşə gətiriliblər, DSK üzvləri isə bu işdə təşkilatçı rolunda çıxış ediblər. Bununla belə, Elmira xanımın seçicilərlə ilk görüşü fiasko ilə nəticələnib. 18 min əhalisi olan kənddə onunla görüşməyə 45-50 nəfər gəlib. Onların da əksəriyyətini müəllim və həkimlər, büdcə təşkilatlarında çalışanlar təşkil edib. Görüş isə bir sıra maraqlı məqamlarla yadda qalıb. Seçicilərədn biri namizəddən onun rəsmi nikaha qədər, xanımla bəyin sınaq üçün bir müddət bir yerdə yaşamaları təklifini xatırladaraq, nə üçün milli mentalite zidd bu cür təşəbbüs irəli sürdüyü ilə maraqlanıb. Elmira Axundova isə öz təklifini əsaslandırmaq əvəzinə seçicini məhkəməyə vermək qərarına gəlib. Ümumiyyətlə, kənd sakinləri, Elmira xanımı xoş qarşılamayıblar, Masallıdan yenidən nahaq yerə namizədliyini verdiyini onun diqqətinə çatdırıblar. Namizəd isə ?Bizim öz namizədimiz var?-deyən ağsaqqalın əlindən mikrafonu almağa cəhd göstərib. Bədəlan kəndində keçirilən görüşə isə 6 kənddən 170 yaxın adam toplamaq mümkün olub. Bu görüşün təşkilində DSK sədrinin qardaşı Bədələn kənd ərazi icra nümayəndəsi olan Mərdan adlı şəxs xüsusi rol oynayıb. Bu görüş keçirilən zaman da məktəblərdə iş dayandırılıb, büdcə təşkilatlarında çalışanlar işdən ayrılaraq da bura gətiriliblər. Şagirdlər, peşə məktəbində təhsil alanlara isə üzrərində namizədin şəkli olan köynəklər geydirilərək görüşə gətiriliblər. Dairədəki seçki prosesindəki qanun pozuntuları ilə bağlı digər məlumat isə rayon icra hakimiyyətinin təsisçisi olduğu ?Yeni Həyat? qəzetində Elmira xanımın təbliğinə həsr olunmuş bi səhifəlik materillar verməsi ilə bağlıdır. Baxmayaraq ki, ?Yeni Həyat? qəzeti nə ödənişsiz, nə də ödənişli təşviqatla məşğul ola bilməz. Qəzet ödənişli təşviqatın aparılması ilə bağlı MSK-ya müraciət etməyib və təbbi ki, onun adı ödənişli təşviqata qoşulan KİV siyasında yoxdur. DSK üzvləri Elmira xanımın plakatlarını yalnız qanunla icazə verilən yerlərdə və qaydada yox, istədikləri yerlərdə yapışdırmaqla məşğuldurlar. Görünür, DSK-nın, ərazı icra nümayəndələrinin adıçəkilən namizədə məhəbbəti o qədər güclüdür ki, Seçki Məcəlləsinin tələblərini, MSK tərəfindən müəyyənləşdirilən qaydaların pozulmasından belə çəkinmirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA