Sürücülük vəsiqələri ilə bağlı mühüm dəyişiklik - Rəsmi qiymət qaldırılır

img

08-06-2018 [12:52]


Azərbaycanda sürcülük vəsiqələrinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu artacaq.

Bununla bağlı "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliyə görə, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqələrinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu 39 faiz artırılır.

Bununla da avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 25 manata çatdırılacaq.

Hazırki qanunvericiliyə görə, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi 18 manatdır.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA