Sahil Babayev DSMF sədrini işdən çıxardı

img

07-06-2018 [18:03]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin sədri Xəlilov Tərlan Şahsuvar oğlu işdən çıxıb.

Mia.az xəbər verir ki, bununla bağlı Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbov "APA-Economics”ə faktı təsdiq edib.

F. Talıbov qeyd edib ki, T. Xəlilov iyunun 5-də tutduğu vəzifəni öz ərizəsi ilə tərk edib: "Hazırda onun vəzifəsini Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin sədr müavini Tural Qasımov icra edir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA