07-06-2018 [15:57]
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məsələlərinin müzakirəsi, bu sahədə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib.
Nazirlikdən Mia.az-a verilən xəbərə görə, S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizdə yeni iş yerlərinin açılmasının daimi xarakter aldığını, əhalinin məşğulluq səviyyəsinin artdığını, əmək bazarında sabitlik və inkişaf tempinin mövcud olduğunu vurğulayıb.
Nazir, eyni zamanda, əmək bazarında qanunvericiliyin icrasına nəzarət, işçi hüquqlarının təminatı prinsiplərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Bu istiqamətdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin hazırda tələb olunan səviyyədə olmadığını qeyd edən S.Babayev bildirib ki, ilk növbədə əmək müfəttişliyi sistemində, məmur-sahibkar münasibətlərində şəffaflıq tam təmin edilməli, korrupsiyaya şərait yaradan halların qarşısı alınmalı, vətəndaş müraciətlərinin hər biri ilə bağlı qısa vaxtda, operativ araşdırmalar aparılmaqla nəticəsinə əsasən qanunauyğun tədbirlər görülməli, bu sahədə süründürməçilik hallarına yol verilməməlidir.
Nazir qeyri-rəsmi məşğulluğun qarşısının alınmasının mühüm sosial-iqtisadi əhəmiyyətini qeyd edib. O bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti dövlət başçısının 2017-ci il 09 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrasında konkret nəticələrə nail olmaqla, qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması sahəsində məqsədyönlü tədbirlərlə ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verməlidir. Bu sahədə nazirliyin elektron informasiya sisteminin aidiyyəti dövlət qurumlarının elektron informasiya sistemlərinə inteqrasiyası vacib əhəmiyyət daşıyır.
S.Babayev vurğulayıb ki, İlham Əliyevin təşəbbüsünə əsasən, qəbul edilmiş qanunla sahibkarlıq subyektlərində yoxlamaların aparılması 2021-ci ilədək dayandırılıb və bu qanunun tələblərinə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də ciddi riayət olunmalıdır. "ASAN Xidmət”in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sahələrində aparılan monitorinqlərin nəticələri ilə bağlı Xidmət aidiyyəti araşdırmalarını operativ şəkildə yerinə yetirməlidir. Bununla bərabər, bu sahədə tətbiq edilən "ASAN Xidmət” modelinin əmək müfəttişliyi sistemi tərəfindən tətbiqi, eyni zamanda, əmək hüquqlarının təminatına nəzarət mexanizminin qabaqcıl beynəlxalq təcrübə əsasında elektron nəzarət sistemi üzərindən həyata keçirilməsi, "elektron protokol” layihəsinin tətbiqi məqsədəuyğun ola bilər.
Nazir diqqətə çatdırıb ki, istehsalat qəzaları ilə bağlı təhqiqat işlərinin aparılmasında operativlik artmalı və adekvat tədbirlər görülməli, eyni zamanda, belə qəzaların qarşısının alınması, ümumən əməyin təhlükəsizliyi üçün önləyici tədbirlər barədə işəgötürənlərin geniş məlumatlandırılması, istehsalatda baş verən bədbəxt hadisələrin səbəblərinin təhlil olunaraq, belə hadisələrin baş verməməsi üçün preventiv tədbirlərlə əlaqədar aidiyyəti qurumlara müvafiq təkliflər verilməsi işləri aparılmalıdır. Habelə, əmək qanunvericiliyinin pozulması halları ilə bağlı inzibati tədbirlərin görülməsi ilə iş yekunlaşmamalı, müvafiq sahədə işəgötürənlərə fəal şəkildə metodiki dəstək göstərilməlidir. Xidmət öz fəaliyyətini nazirliyin digər struktur bölmələri, xüsusilə də nazirlik yanında Dövlət Məşğulluq Xidməti, DSMF ilə əlaqəli, habelə sosial tərəfdaşlarla – həmkarlar və işəgötürənlər təşkilatları ilə fəal əməkdaşlıq müstəvisində qurmalı və bu fəaliyyət işçi hüquqlarının müdafiəsində vətəndaş məmnunluğuna səbəb ola biləcək praktik nəticələri özündə ehtiva etməlidir.
Nazir vurğulayıb ki, ümumilikdə əmək bazarı iştirakçılarının qanuni mənafelərinin qorunmasında və ümumən əmək bazarının iqtisadi inkişaf prosesinə uyğun tənzimlənməsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolunun artırılması və beynəlxalq innovativ təcrübələrdən irəli gələn səmərəli iş mexanizmlərinə malik olması üçün ciddi islahatlar aparılmalıdır. Nazir bununla bağlı təkliflər paketinin hazırlanmasını tapşırıb. Müşavirədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində mövcud vəziyyət müzakirə olunub, qarşıda duran vəzifələr müəyyən edilib, müvafiq tapşırıqlar verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi