ATU-da yeni təyinat - Rektor əmr verdi

img

07-06-2018 [15:32]


Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yeni direktor və baş həkim təyinatı olub.

Mia.az report-a istinadən xəbər verir ki, klinikanın direktoru vəzifəsinə Samir Allahverdiyev təyin olunub.

Bundan başqa, universitetin rektoru Gəray Gəraybəylinin müvafiq əmri ilə klinikada kardioloq vəzifəsində çalışan Fuad Səmədov direktorun elm və tədris işləri müavini, terapevt Fəridə Hacıyeva isə direktorun müalicə işləri müavini vəzifəsinə gətirilib.

Xatırladaq ki, S.Allahverdiyevdən öncə direktor vəzifəsində Hüseyn Qabulov çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA