Bakıda içi adamla dolu lift qırıldı, 13-cü mərtəbədən azağı düzdü

img

21-10-2010 [03:23]


Bakıda Azadlıq prospekti 187 ünvanında yeni tikilən binanın liftinin trosu adamların ağırlığına dözməyərək qırılıb. Nəticədə binanın 18-ci mərtəbəsində olan lift içində olan adamlarla birlikdə şaxtaya düşüb. Şahidlərin sözlərinə görə, liftdə qalanlar bina sakinlərindən birinin ad günü qonaqlığına gəlibmişlər. İlkin məlumata görə, liftin qırılmasına səbəb trosların 12 nəfərin ağırlığına davam gətirməməsi olub(anspress). Məlumata görə, hadisə yerindən biri qadın, biri uşaq olmaqla iki nəfər Kliniki Tibbi Mərkəzə gətirilib. Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Adil Salahovun verdiyi məlumata görə, xəstəxanaya 5 nəfər gətirilib. Onlardan biri oğlan uşağı, digərləri isə qadınlardır. Yaralıların hamısı xəstəxanaya aşağı ətrafların sınıqları diaqnozu ilə daxil olublar. "Onların heç birinin həyati təhlükəsi yoxdur. Məndə olan məlumata görə, onlar yas mərasimindən qayıdırmışlar", deyə A. Salahov qeyd edib. A.Salahovun sözlərinə görə, lift 13-cü mərtəbədən şaxtaya düşüb. Binəqədi rayon 4-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə təhqiqat qrupu göndərilib. Polis əməkdaşları və FHN-in xilasediciləri şaxtaya düşən adamların çıxarılmasına çalışırlar. Liftdə dəqiq neçə nəfərin olduğu və liftin neçənci mərtəbədən şaxtaya düşdüyü hələ ki bilinmir. Yaralılardan üçünün adı məlum olub. Bunlar 1978-ci il təvəlüldlü Elnarə Oktay qızı Qarayeva, 1965-ci il təvəlüldlü Ulduz Əli qızı İsakova və 1968-ci il təvəllüdlü Ülkər Məmmədbağır qızı Vəliyevadır. Ü. Vəliyeva hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Onun vəziyyəti ağırdır. E. Qarayeva isə artıq ambulator müayinədən sonra evə buraxılıb. U. İsakova isə əməliyyata alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA