Kolbasa sexi barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iz qaldırılib

img

21-10-2010 [03:00]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qurum tərəfindən Abşeron rayonu, Sumqayıt şossesi, 14-cü km ünvanında fəaliyyət göstərən ?AY-MİN? MMC-də aparılan yoxlama zamanı müəssisədə istehsal edilən kolbasa məmulatlarının üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, kolbasa məmulatlarının uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edildiyi, həmçinin kolbasa istehsalı və qablaşdırılmasında mənşəyi bəlli olmayan rəngləyici maddələr və qablaşdırma materiallarından istifadə olunduğu aşkar edilib. Bununla əlaqədar, uyğunluq və gigiyenik sertifikatları olmayan kolbasa məmulatlarının istehsalı və satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkələrinə paylanmış malların geri yığılması, müəssisənin anbarında olan yararsız malların məhv edilməsi barədə ?AY-MİN? MMC-yə icrası məcburi göstəriş verilib. Artıq müəssisənin anbarında satışı dayandırılmış 1,3 ton kolbasa məmulatı, həmçinin 20 kq rəngləyici maddələr, 2500 m qablaşdırma materialları və 49,1 kq etiket Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib. Haqsız rəqabətə yol verdiyinə görə ?AY-MİN? MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA