06-06-2018 [21:51]
Səxavət Tağlar,
Əməkdar müəllim, yazıçı-publisist
***
Araz çayının sol sahili. Nə yaxşı ki, Araza yaxın bir ərazidə yaşayırıq. Elə ki, Aranın axşamları olur, gün öləziyir, özümüzü veririk yaxınlıqda olan bağ-bağatlı bir istirahət məkanına. Əvvəlcə doyunca gəzirik. Sonra... Çay dəsgahı, nərd, duzlu-məzəli söhbətlər... Və bir də gəzinti. Bilirsən, Arazboyu axşamlarının o sərin havası Aranın yandırıcı, üzücü gün əhval-ruhiyyəsini necə unutdurur insana?
...Bir axşam nədənsə yoldaşlarım gəlib çıxmadı. Elə çayxanada aldığım qəzetlərə baxırdım ki, iki nəfər bazburudlu kişinin söhbəti məni özünə çəkdi. Düzü, belə məqamlarda heç vaxt onun-bunun söhbətinə qulaq asan deyiləm. Ancaq nədənsə, bu dəfə... Nərdtaxtanın taq-taraqqından güc-bəla ilə eşidirdim. Sifətim başqa səmtə baxsa da, qulaqlarım o kişilərin söhbətindəydi. Hansı rayondansa gəlmişdilər.
- Ə, xəbərin var xəbərdən?!
- Nə xəbər, nə zad?
- Sosial mediada gəlibdir e, işləri dəbərdən. Getdi o kefli-damaqlı günlər.
- Ay qardaş, nə kef, nə damaq, nə sosial şəbəkə?! Bir əməlli danışsana?!
- Qulağını bəri elə e, bəri. Bu sosial şəbəkədə deer, Thomas Crowndı, kimdi, bir "Təhsil şikayətləri” qrupu yaradıb. Yaman sorğu-sual aparır, camaatın gözünü açır. Bizim də bir müəllimə o qrupun üzvüdür. Daha Thomas Crown dilindən düşmür.
- Nə olsun ki?
- Bilirsən, onlar müəllimlərlə nə sorğu aparır?!
- Hansı məktəblərdə vakansiyalar gizlədilib?
- Kim, hansı məktəb direktoru və TŞ işçisi DQ-da, MİQ-də və müəllimlərin yerdəyişməsində pul alıb?
- Dərs saatları DQ-ya görə bölünürmü?
- Eşitdiyiniz, bildiyiniz neqativ hallar varmı?
- Biz hər bir müəllimin müdafiəçisiyik, bizə yazın və sairə... Zalım uşağı bütün işıqgələn yerləri elə bil əliynən qoyub. Deyerəm e, o istifadəçilər bəlkə direktor-zad işləyiblər?! İndi jurnalistliyə başlayıblar.
- Ə, bir dayan, bir dayan. Nə olsun?! Düz işlə, əqidə -amalını pula satma, yüz "Təhsil şikayətləri”qrupu sorğu aparsın. Mən də deerəm səhərdən nə düşünür, nə danışır. Bil ki, o əyri işlər nə vaxtsa dəbərdiləcək...
Peşə məşğuliyyətdənmi, nədənmi, bu ikinci şəxsin həmkarının sorğularına cavabı məni özünə çəkdi. Daxilən mövqemizin üst-üstə düşdüyünü duydum.
Elə bu zaman köhnə dostlardan biri çayxanaya daxil oldu və uca səslə:
- Xoş gördük, müəllim. Hanı qardaşların? - deyə, mənə müraciət etdi. Hiss etdim ki, möhtəşəm dialoqdan yan-yörəyə baxmayan bu qonaqlar mənim müəllim olduğumu duydular və dəqiqləşdirmək üçün çayçıdan nəsə soruşdular...
...Artıq gəzinti başlamışdı. Qonaqlarla dalbadal gəzirdik. "Təhsil şikayətləri” məsələsini ortaya atan qonaq birdən geri dönüb:
- Salam, ay müəllim, -deyə, mənə üz tutdu:
- Bağışla, gec tanıdım. Oxuyuruq səni...
...Söhbət və gəzinti. Öyrəndim ki, qonaqlar qonşu rayonun məktəb direktorlarıdır. Nə gizlədim, birinin düşüncəsi, mədəniyyəti, yanaşım tərzi, intellekti valehedici idi. Digərininki isə tam əksinə. O əksinə bildiyim, içində "Təhsil şikayətləri” qrupunun sorğularının həyacanını yaşayırdı. Odur ki, bayaqdan xısın-xısın danışdığı, içini göynədən, vücudunu silkələyən söhbətə qayıtdı.
- Siz " Təhsil şikayətləri” qrupunun üzvüsünüz?!
- Bəli.
- O Thomas Crowndı, kimdi?! Açıb sandığı, töküb pambığı...
- ...
- Bəs, biz dolanmalı deyilik?! Bizim balamız, qonağımız, müdrimiz, gəlib-gedənimiz, umub-küsənimiz yoxdur?!
O danışdıqca mən ikinci qonağın sifətinə baxırdım.Yazıq xəcalət şəkirdi. Və birdən özünü saxlaya bilməyib:
- Ə, Əliş bəsdir də... Cəmiyyət düzələcək, vallah, sən düzələn deyilsən, - deyə həmkarına sərtləndi...
...Söhbət və mövqe artıq mənə tanış idi...
Qonaqlarla xeyli gəzdik. Təhsilin inkişafı, yeniləşmə, aparılan islahatlar söhbətimizin əsas mövzusu oldu. Hər üçümüz "Təhsil Nazirliyinin neqativ hallara, əyriliklərə, rüşvətə qarşı birmənalı mövqeini bəyənirik” desək də, Əliş müəllimin canında "Təhsil şikayətləri”nin şef yazarının sorğularının qorxusu yaşanırdı...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi