Azərbaycanda güclü təkanlar gözlənilir? - AÇIQLAMA

img

06-06-2018 [14:28]


Episentri Zaqatalada olan zəlzələdən sonra ərazidə 90-a yaxın avterşok qeydə alınıb.

Mia.az xəbər verir ki, bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, ərazidə dünən baş verən zəlzələ kimi güclü təkanlar gözlənilmir: "Ola bilər ki, əhalinin hiss edəcəyi xırda təkanlar qeydə alınsın”.

Qeyd edək ki, dünən yerli vaxtla saat 22.40-da Zaqatala stansiyasından 16 km cənubda - Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Zəlzələnin davam etmə müddəti 28 saniyə olub. Zəlzələ nəticəsində bəzi evlərə ziyan dəyib. 31 nəfər xəstəxanalara müraciət edib.

Zaqatala rayonunda bir nəfər insult keçirərək ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA