Aparat rəhbərinin müavini işdən çıxarıldı - "Qaçqınkom"da daha bir DƏYİŞİKLİK

img

06-06-2018 [12:39]


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") kadr dəyişiklikləri olub.

"Report" xəbər verir ki, Dövlət Komitəsi Aparatı rəhbərinin müavini Rafiq Şamıyev işdən çıxarılıb. Bununla bağlı əmri Dövlət Komitəsinin sədri Rövşən Rzayev imzalayıb.

Digər əmrlə Elman Quliyev "Qaçqınkom" Aparatı rəhbərinin müavini təyin edilib. O, bu təyinata qədər Dövlət Komitəsinin Regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin Humanitar yardımsektorunun müdiri işləyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA