Sahə rəisinə protokol tərtib olundu - 5000 manat cərimələndi

img

05-06-2018 [10:02]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 60 saylı binanın qarşısında ağac kəsintisi ilə bağlı daxil olan şikayət Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı köküstə yaş 16 sm diametriliyində 1 ədəd ərik ağacının tikinti işləri aparılan zaman kəsildiyi və təbiətə 900 manat ziyan dəydiyi məlum olub.

Faktla bağlı Nəsimi rayon 31 saylı Mənzil Komunal İstismar Sahəsinin rəisi Vidadi Həsənov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib. Tikintinin dayandırılması üçün Bakı şəhər və Nəsimi rayon İcra Hakimiyyətlərinə telefonoqram göndərilib.


    Digər xəbərlər
    SON XƏBƏRLƏR

    Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

    "Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA