04-06-2018 [19:46]
Saxlanılan şəxslərə, o cümlədən yeniyetmələrə qarşı fiziki zorakılıqla bağlı faktla əlaqədar bir əməkdaş daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, bunu nazir, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Nazir insan hüquqlarının təmin olunması işinin səmərəliyinin artırılmasına yönələn tövsiyələrin icrasına başlanıldığını xatırladıb və sənəddə əksini tapan digər məqamlara toxunub. Həmçinin saxlanılan şəxslərə, o cümlədən yeniyetmələrə qarşı fiziki zorakılıqla bağlı hesabatda göstərilən xüsusatlara aydınlıq gətirərək işgəncəyə məruz qalması güman edilən şəxslərlə bağlı aparılan araşdırmalar zamanı 11 faktdan yalnız 1-nin təsdiqləndiyini, bununla əlaqədar 1 əməkdaşın DİO-da xidmətdən xaric edildiyini və 7 əməkdaş barəsində ciddi intizam tədbirlərinin görüldüyünü bildirib.
Hesabatda qanunvericiliklə inzibati həbs müddətinin 90 günədək müəyyən olunmasının neqativ hal kimi qiymətləndirilməsilə bağlı qeyd olunub ki, ölkəmizdə cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı son illər mühüm hüquqi islahatlar həyata keçirilib.
Xüsusən, əvvəllər 500 manatadək maddi ziyanla nəticələnən oğurluğa görə iki ilədək, döymə cinayətinə görə isə altı ayadək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu halda, həmin əməllər dekriminallaşdırılaraq inzibati xəta kateqoriyasına keçirilib. Nəticədə qeyd edilən oğurluqlara görə üç ayadək, döyməyə görə iki ayadək inzibati həbs müəyyən edilib.
Sonuncu monitorinq zamanı hesabatda əksini tapmış daha bir narahatedici məqam həbsdə olan şəxslərin istintaq təcridxanalarından müvəqqəti saxlama yerlərinə tez-tez qaytarılmasının onların yenidən pis rəftara və ya işgəncəyə məruz qalması riskini artırması ilə əlaqədar qonaqların nəzərinə çatdırılıb ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 8-ci maddəsinə əsasən, ayrı-ayrı istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi məqsədilə o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin əsaslandırılmış qərarı ilə ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə köçürülür. Bu halda, eləcə də istintaq təcridxanasına geri qaytarıldıqda həmin şəxs tibbi müayinədən keçirilir. Bütün bu prosedurlar mütləq şəkildə qanun çərçivəsində icra olunur. Xüsusilə vurğulanıb ki, həmin qanun insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində hazırlanıb və bu qurumların müsbət rəyini alıb.
Nazir R.Usubov bəzi hallarda müvəqqəti saxlama yerlərində sanitar şəraitin müvafiq tələblərə tam uyğun olmadığını, tibbi müayinələrin, saxlanılan şəxslərin vəkillə görüşünün təşkilində və yaxınlarının məlumatlandırılmasında çatışmazlıqların mövcudluğu ilə bağlı vəziyyətin bir daha yoxlanılması və nöqsanların aradan qaldırılması üçün aidiyyəti baş idarələrə lazımi göstərişlər verdiyini deyib.
O, saxlanılan şəxslərin vəkilləri və yaxınları ilə görüşmək üçün heç bir məhdudiyyətin olmadığını, əksinə, bunun üçün xüsusi otaqların ayrıldığını, saxlanılanların tibbi müayinəsinin aparılmasının, yaxınlarının məlumatlandırılmasının və digər məslələrin dəqiq mexanizminin qanunvericilikdə nəzərdə tutulduğu kimi tətbiq olunduğunu, vəzifəsindən asılı olmayaraq, bütün aidiyyəti əməkdaşların saxlanılan şəxslərin qanunla müəyyən edilmiş hüquqlarının təmin edilməsinə şəxsi məsuliyyət daşıdıqlarını xatırladıb. O da diqqətə çatdırılıb ki, təkcə cari ilin birinci rübündə ərazi polis orqanlarının müvəqqəti saxlama yerlərində Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 54 monitorinq keçirilib. Həmin müddətdə aşkarlanan kobud rəftar, əsassız gətirmə, saxlama hallarına görə 115 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 7 nəfəri xidmətdən xaric olunub, daha 7-si tutduğu vəzifədən azad edilib, 101 nəfər barəsində isə digər intizam tədbirləri görülüb.
M.Qnatovski rəhbərlik etdiyi qurumun müxtəlif vaxtlarda keçirdiyi monitorinqlər zamanı aşkarlanmış çatışmazlıqların bir qisminin aradan qaldırıldığını, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması hallarına DİN-in rəhbərliyinin hər zaman prinsipial mövqedən yanaşdığını qeyd edib. Eyni zamanda, şəhər, rayon polis orqanlarına gətirilən şəxslərin saxlanılması ilə bağlı müəyyən tövsiyələrini verib, əməkdaşlığın müsbət nəticəsi kimi mövcud nöqsanların qısa müddətdə aradan qaldırılacağına əminliyini ifadə edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi