Naxçıvanda Türkiyə-Azərbaycan birgə təlimləri başa çatıb - FOTOLAR

img

04-06-2018 [18:21]


Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.

Müdafiə Mazirliyindən Mia.az-a verilən məlumata görə, birgə taktiki təlimin son günü "Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA