Son üç ayda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ?Qaynar xətt?inə 20 müraciət daxil olub

img

21-10-2010 [10:57]


Bu ilin üçüncü rübündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ?Qaynar xətt? xidmətinə daxil olan müraciətlərlə bağlı məlumat açıqlanıb. Nazirliyin mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, bu müddətdə xəttə 20 müraciət daxil olub. Binəqədi rayonu Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 11 ünvanında yaşayan V.Rəcəbovanın müraciətinə əsasən yerində müvafiq araşdırma aparılmış və məntəqədə iri tutuma malik 4 ədəd boş konteyner olduğu halda, bərk məişət tullantılarının sakinlər tərəfindən ətrafa atıldığı məlum olub. Aidiyyəti qurumlar adıçəkilən ünvanda təmizlik işləri aparmış və hazırda ərazi Nazirliyin mütəxəssisləri tərəfindən nəzarətə götürülüb. Sabunçu rayonu Maştağa qəsəbə sakini N.Aşurova tərəfindən məişət tullantılarının qalaqlanması barədə daxil olmuş müraciətlə bağlı şikayətçi, Zabrat və Maştağa qəsəbə icra nümayəndələri, Ramana sovxozunun direktoru, ARDNŞ-ın Sosial İnkişaf İdarəsinin Mənzil İstismar Sahəsinin rəisi ilə birgə araşdırma aparılıb. Araşdırma zamanı sözügedən ərazinin onlara məxsus olmadığı, bu sahənin Zabrat aeroportunun mühafizə zolağına aid olduğu bildirilib, buna baxmayaraq, adıçəkilən icra nümayəndəlikləri problemin birgə aradan qaldırılması məqsədilə lazımi tədbirlərin həyata keçirilməsini öhdələrinə götürüblər. Balaxanı qəsəbə sakini Sürməyi adlı şəxs tərəfindən daxil olmuş müraciətlə bağlı şikayətçinin iştirakı ilə yerində müvafiq araşdırma aparılıb və qəsəbənin mərkəzi meydanında bələdiyyə üçün inşa olunan yarımçıq tikilinin ətrafında bərk məişət tullantılarının pərakəndə şəkildə qalaqlanması faktı müəyyən edilib. Aşkar olunmuş pozuntu ilə əlaqədar müvafiq sənədləşmə işləri aparılıb, Balaxanı qəsəbə bələdiyyəsinin sədri M. Novruzova qarşı təqsirkar şəxs qismində müvafiq protokol tərtib olunaraq cərimə sanksiyası tətbiq edilib. Ərazinin tam təmizlənərək ciddi nəzarətdə saxlanılması M. Novruzova tapşırılıb. Daxil olan bütün müraciətlər nazirlik tərəfindən araşdırılıb və müvafiq tədbirlər həyata keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA