ilham Əliyev Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib

img

20-10-2010 [04:35]


Prezident İlham Əliyev bu gün Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Britaniyalı nazir ölkəmizə ilk dəfə səfər etdiyini və səfərin onda xoş təəssürat yaratdığını deyib. Azərbaycan hökumətinin əldə etdiyi nailiyyətlər barədə məlumatlı olduğunu bildirən Devid Lidinqton ölkələrimiz arasında xüsusilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində güclü və artmaqda davam edən əlaqələrin olduğunu vurğulayıb. Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib. Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun bir qrup iş adamının müşayiəti ilə ölkəmizə səfərinə toxunan dövlət başçısı birgə fəaliyyət göstərmək marağının təkcə enerji sahəsində deyil, eləcə də digər sahələrdə də artdığını bildirib. Qonağın ölkəmizə səfərinin uğurlu keçəcəyini deyən dövlət başçısı səfərin əhəmiyyətli olduğunu və tərəfdaşlığın bütün sahələrini gücləndirəcəyinə əminliyini ifadə edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkəmizin Avropa İttifaqı və Avratlantik strukturları ilə əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA