Dövlət Agentliyi: Göyçayda uçan körpünün bərpası istiqamətində addımlar atılacaq - FOTO

img

03-06-2018 [12:26]


Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən avtomobil körpüsünün bir hissəsi uçub. 

"Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfliyə istinadən xəbər verir ki, sel suları su tənzimləyici qurğunu yuyub apardığından sular körpünün yanaşma yolunun torpaq yatağına daxil olub. Yuyulma nəticəsində yanaşma yolun torpaq yatağı uçub. Körpünün özünə və dayaqlarına heç bir ziyan dəyməyib. Uçqun ümumi uzunluğu (yanaşma yolları ilə birlikdə) 74 metr olan avtomobil körpüsünün sel sularının istiqaməti üzrə sol yanaşma yolunun torpaq yatağının yuyulması nəticəsində baş verib. 

A. Nəcəfli bildirib ki, uçmuş hissənin uzunluğu təqribən 6-7 metr təşkil edir: "Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib. Körpü ilə hərəkət tam dayandırılaraq alternativ yollara yönəldilib. Sel sularının axını zəifləyən kimi çay üzərindən alternativ yolun açılması və körpünün bərpası istiqamətində addımlar atılacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA