Yeni müşavir təyin olundu - Agentlik sədrindən ƏMR

img

01-06-2018 [18:21]


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.

Elxan Mikayılov Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri təyin olunub. Bununla bağlı agentliyin sədri Qoşqar Təhməzli əmr imzalayıb.

E.Mikayılov bundan öncə Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri vəzifəsində çalışıb. Daha əvvəl isə bir sıra beynəlxalq layihələrdə, eləcə də İsveçərinin İqtisadi Məsələlər üzrə Dövlət Katibiliyində (SECO), İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA